Gömrükdə külli miqdarda siqaret aşkarlandı


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə, aksiz markası ilə markalanmayan, ümumilikdə 41 min 200 ədəd siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə tütün məmulatlarının qanunsuz yolla Bakı şəhərinə gətirilməsi barədə daxil olmuş məlumatlara əsasən, Naxçıvan-Bakı aviareysilə ayrı-ayrı vaxtlarda gələn Azərbaycan Respublikasının üç vətəndaşı nəzarətə götürülüb. Həmin şəxslər gömrük əməkdaşları tərəfindən saxlanılaraq onlara məxsus yüklər yoxlanılıb. Yoxlama zamanı, sözügedən vətəndaşlardan ümumilikdə 3600 ədəd “Marlboro Filter Plus”, 8800 ədəd “Parliament Super Slims”, 10.000 ədəd “Kent Nanotek 2.0” və 12.400 ədəd “Parliament Aqua Blue” markalı siqaretlər aşkar olunub.

Eyni məlumat əsasında, Azərbaycan Respublikasının daha bir vətəndaşı isə sərnişinləri qarşılayarkən nəzarətə götürülüb. Həmin şəxs Naxçıvan-Bakı aviareysilə gələn sərnişinlərdən malları qəbul edib hava limanının dayanacağındakı taksi avtomobilinə yığarkən, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı, avtomobilin yük yerindəki iki ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 6400 ədəd “Parliament Aqua Blue” markalı siqaret aşkar olunub.

Bütün faktlarla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu