Lənkəranda kütləvi zəhərlənən şəxslərdə yoluxucu xəstəliklərin əlamətləri var


"Lənkəran rayonunun Daşdatük kəndində baş verən kütləvi zəhərlənmə kənd sakinlərinin istifadə etdiyi bulaq suyuna yağış sularının qarışması nəticəsində baş verib".

Bunu "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

İ.Abdullayev hazırda hadisə ilə əlaqədar Lənkərana getdiyini və zəhərlənmənin nədən baş verdiyini aydınlaşdırdıqlarıbı bildirib: "Baş verən hadisə zəhərlənmədən çox xəstələnmədir. Onlarda yoluxucu xəstəliklərin əlamətləri var. Vaxtilə kəndə bulaqdan su çəkilib. Quraqlıq olduğundan həmin bulağa əlavə mənbə kimi başqa bir yerdən də su çəkilib. Su xətti açıq olduğundan yağışlar yağanda istifadə olunan suya əlavə sular qarışıb. Kənd sakinlərinin xəstələnməsinə də həmin suyun səbəb olduğu ehtimal olunur. Hazırda nümunələr götürülüb, tam dəqqiləşdirmə aparılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu