Heydər Əliyev haqqında film və serial çəkilib


Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən film 2017-ci ildə Torontoda film festivalında nümayiş olunacaq.

AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, bu barədə filmin prodüsseri İqor Lopatenok məlumat verib.

“Torontoda film festivalında Heydər Əliyev haqqında filmin promo kampaniyasına başladıq. Onun həyatı çox maraqlı olub və bu, ekranlaşdırılmalı idi. Artıq çəkilişlər bitib və hazırda film post-prodakşn mərhələsindədir, Monrtaj işləri bitmək üzrədir. Film 2017-ci ildə nümayiş olunacaq”, - deyə Lopatenok qeyd edib.

Prodüsserin sözlərinə görə, tammetrajlı filmlə yanaşı Heydər Əliyevlə bağlı 8 seriyalı televiziya filmi hazırlanıb. O bildirib ki, tamaşaçılar serialı tezliklə izləyə biləcəklər.

“Filmdə Sergey Qarmaş, Alena Babenko, Viktor Suxorukov çəkilib. Hələlik baş rol ifaçısının adını açıqlamayacağam”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu