Küçəyə atılan körpə uşaq evinə veriləcək- Yenilənib


Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş oğlan uşağı tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.

Araşdırma aparılır.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısına atılan körpə oğlanın evdə doğulduğu məlum olub. RMX-dan “Report”un Qarabağ müxbirinə verilən məlumata görə, körpənun üzündə göyərmələr və digər zədələr doğuş zamanı yaranıb.

Hazırda xəstəxananın doğum şöbəsində olan körpənin vəziyyəti yaxşıdır. “Onun çəkisi 2,5 kq, boyu isə 42 sm-dir. Müvafiq sənədləşmə işlərindən sonra körpə Gəncədəki uşaq evinə veriləcək”, - xəstəxanadan bildirilib.

Qeyd edək ki, körpə təxminən bir həftəlikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu