Bakıda 100-dən çox məktəb direktoru dəyişdirilib


2016-cı ildə Bakıda 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktor təyin edilib. Son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin edilib.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 3 ildə Bakıda 103 direktorun iş yerinin yerdəyişməsi həyata keçirilib. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhərindən 726 vakant yer çıxarılıb. Vakant yerlərdən 410-u ibtidai sinif müəllimi ixtisası üzrə olub. TN-nin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib.

M.Vəliyeva deyib ki, son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqqı 11% artıb. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu