8 ayda yol qəzalarında 490 nəfər ölüb


Cari ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 490 nəfər həlak olub, 1409 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), həlak olanların sayı 93 nəfər (16%), yaralananların sayı 123 nəfər (8%) azalıb.

Baş vermiş yol qəzalarının 440-ı Bakıda eydə alınıb. Həmin qəzalar nəticəsində 118 nəfər həlak olub, 463 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 99 fakt (18,4%), həlak olanların sayı 35 nəfər (22,9%), yaralananların sayı isə 124 nəfər (21,1 %) azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu