Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasına qatılıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının işgüzar iclasında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, görüşdə təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər, o cümlədən bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı, Türk Şurasının BMT yanında müşahidəçi statusu alması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi kimi məsələlər də müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu