Mikayıl Cabbarov keçmiş müdirə vəzifə verdi


Sumqayıt şəhər təhsil şöbəsinin keçmiş müdiri Vidadi Bağırov Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsində sektor müdiri təyin edilib.

Bu barədə AzVision.az-a V.Bağırov özü məlumat verib. O, bir həftədir vəzifəsinin icrasına başladığını deyib.

Qeyd edək ki, V.Bağırov 1989-cu ildən 1997-ci ilə qədər Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri şöbəsində çalışıb. 1997-ci ildə isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 22 oktyabr 2012-ci il tarixində bu vəzifədən öz istəyi ilə azad olunub. Bir müddət Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə Qafqaz Universitetində təhsil müəssisələri ilə iş şöbəsinin müdiri olub.

O, 2009-cu ildə "Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda "Tərəqqi" medalçısıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu