Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşdü


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AFN.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə ölkələr arasında əlaqələrin yüksək səviyyədə olması və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratması məmnunluqla qeyd olunub. Azərbaycan və Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı münasibətlərin güclənməsinə xidmət edən fəaliyyətlərin müzakirə olunduğu görüşdə dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Ölkələr arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi təhsil və hərbi texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu deyən müdafiə naziri, görüşün önəmini qeyd edərək bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

Əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaq Belarusun Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu