Referendumqabağı təşviqat kampaniyası başa çatdı


Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumun təşviqat kampaniyasına 3 sentyabrda start verilib.

Təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək yəni sentyabrın 25-i saat 8:00-da dayandırılıb.

Onu da xatırladaq ki, iyulun 18-də prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərib. İyulun 25-də Konstitusiya Məhkəməsi Akta müsbət rəy verib.

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu