BMT TŞ təcili iclas keçirir


Təhlükəsizlik Şurası bu gün Bakı vaxtı ilə 19.00-da Suriyanın Hələb şəhərindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.

BMT TŞ-nin iclası Böyük Britaniya, Fransa və ABŞ-ın təşəbbüsü ilə çağırılıb.

“Frans Press”-in məlumatına görə, BMT TŞ-nin təcili iclası Hələbdəki hərbi əməliyyatla əlaqədar çağırılır. Qeyd edək ki, bundan əvvəl Suriya ordusunun komandanlığı İŞİD-in nəzarətində olan Hələb şəhərinin azadetmə əməliyyatına başlandığını elan edib.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu