"Otellərin 95 faizi dolub"- Əbülfəs Qarayev


"Yay mövsümündə regionlardakı otellərin ortalama 95 faizi dolub"

Bunu "Turizm işçiləri günü" ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bəzi rayonlarda otellər 90 faizdən çox dolub: "İsmayıllıda 92, Şamaxıda 92, Qəbələdə 100, Lerikdə 90, Göygöldə işə 95-100 faiz otellər tutulub".

Nazir əlavə edib ki, bir sıra rayonlarda isə vəziyyət fərqli olub: "Təəssüf ki, Xızıda, Mingəçevirdə otellərin 30 faizi tutulub. Yay mövsümində dövlət mehmanxanaların isə yalnız 60 faizi tutulub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu