Azərbaycan 280 km mənzilli ballistik raket istehsalına hazırlaşır


Azərbaycan 280 km mənzilli ballistik raket texnologiyasını əldə etmək üçün dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparır.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov Bakıda işə başlayan ADEX-2016 müdafiə sərgisi zamanı jurnalistlərə bildirib.

Camalovun sözlərinə görə, Azərbaycan hərbi sənayesinin yeni istehsal etdiyi “Zərbə” pilotsuz uçan döyüş aparatları Ermənistan ordusu üçün kabusa çevrilib. Nazir deyib ki, Müdafiə Nazirliyi yüzlərlə belə pilotsuz uçan döyüş aparatı sifariş verib və bu günlərdə müvafiq müqavilə bağlanacaq.

Y.Camalov onu da qeyd edib ki, hazırda 125 məmulatın üzərində təcrübə-konstruktor işləri aparılır: "Prioritet layihələrdən hava-yer, hava-hava, yer-yer raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə aparıcı şirkəti var ki, onlarla da danışıqlar aparılır.

Xatırladaq ki, aprel döyüşlərindən sonra Azərbaycanın raket və artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov 500 km mənzilli ballistik raketlərin alınması üçün danışıqlar aparıldığını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu