Oğuzda marketinq və reklamçılıqla bağlı seminar keçirilib


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyi Oğuz rayonunda iki seminar keçirib.

İctimai Birlikdən AFN.az-a verilən məlumata görə, seminar “İnkişaf etmiş ölkələrin iqtisadi təcrübələrindən istifadə edərək bazar iqtisadiyyatı şəraitində Şəki-Zaqatala regionu üzrə gənc sahibkar və fermerlərin fəaliyyətinin inkişafında marketinq və reklam xidmətlərinin əhəmiyyətli rolu” adlı layihəsi çərçivəsində baş tutub. Seminarda “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov layihə, onun məqsədləri, görülmüş işlər barədə məlumat verib.
Təlimçi Səbuhi Aslanov gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olduğunu vurğulayaraq, biznes sahəsində müvəffəqiyyət əldə etmək üçün nələri bilmənin vacibliyi barədə məlumatlar verib. Seminarda Oğuz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Aqil Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, müəllim və şagirdlər iştirak ediblər. Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş qələmlər paylanılıb, xatirə şəkli çəkilib.


FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu