Fitosanitar müfəttişləri üçün seminar keçirilir


Sentyabrın 27-də Bakı şəhəri "JW Marriott Abshe- ron" mehmanxa- nasında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində “Fitosanitar müfəttişlərinin bitki mənşəli məhsulların ixracının sertifikatlaşdırılması üzrə təlimi” mövzusunda seminar öz işinə başlayıb.

Ümumdünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi cənab Camal Quliyev tədbiri giriş sözü ilə açaraq iştirakçılara Azərbaycan Respublikasında aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ərzaq təhlükəsizliyinin və bitki mənşəli məhsulların ixracının təmin edilməsində fitosanitar nəzarətinin rolu, Dövlət Xidmətində həyata keçirilən struktur dəyişiklikləri və gələcək planlar haqqında ətraflı məlumat verdi. Daha sonra FAO-nun Azərbaycandakı Nümayəndəsi xanım Mələk Çakmak çıxış edərək FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və onların əhəmiyyəti, hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyacın olmasını bildirdi. Layihənin rəhbəri beynəlxalq ekspert cənab Ringolds Arnitis öz çıxışında cari səfərin məqsədləri haqqında məlumat verərək, karantin nəzarətində olan məhsulların ixracı üçün fitosanitar nəzarəti sahəsində çalışan Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəxəssislərinin peşə hazırlığının artırılması, ixrac tənzimləmə sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd etmişdir.
Üç gün davam edəcək seminar ərzində iştirakçılara ixrac olunan bitkiçilik məhsullarının fitosanitar sertifikatlaşdırılması üzrə mövcud qabaqcıl təcrübələrə dair nəzəri biliklərlə yanaşı Xaçmaz rayonunda yük partiyasına fitosanitar baxışın keçirilməsi, nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsi, fitosanitar sertifikatların hazırlanması kimi məsələlərə dair praktiki təlimlər də keçiriləcəkdir.

Fitosanitar müfəttişləri üçün seminar keçirilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu