"Belə şouya ehtiyacım yoxdur..."- Öldüyü deyilən aktrisa


Əməkdar artist Kübra Əliyevanın dünyasını dəyişməyi barədə xəbərlər yayılıb.

Hətta şou-biznes nümayəndələri aktrisanın ölümü barədə sosial şəbəkədə paylaşım ediblər. Onlar K. Əliyevanın ailəsinə başsağlığı veriblər.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün əməkdar artistlə əlaqə saxlayıb.

Aktrisa yayılan xəbərlərin tamamilə şayiə olduğunu söyləyib:

“Məsələdən xəbərdaram, gecədən dostlarım çox narahat oldular. Tez-tez belə xəbərlər yayırlar. Hətta, təzəlikcə Arif Quliyevin ölüm xəbərini də paylaşmışdılar. Nə onun, nə də mənim belə şouya ehtiyacım var. Akademik Milli Dram Teatrında Nəsibə xanım var, orada çalışır. Əvvəllər Nəsibə xanım haqqında bu cür şayiələr yaymışdılar. Elçin Həmidov ona zəng vurmuşdu, demişdi ki, belə məlumatlar yazırlar.

O da cavab vermişdi ki, məni istəməyənlər ölsün. Tamaşaçılarıma, məni sevənlərə, narahat olan hər kəsə minnətdarlığımı bildirirəm. Həyəcanlı oldular, başa düşürəm. Sənətkarlar dünyadan köçəndə mən də narahat oluram, həyəcan keçirirəm”.

Xatırladaq ki, Kübra Əliyeva bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Onun döşlərinin ikisini də amputasiya olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu