Şeyx Kadırovun andiçmə mərasimində


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə ki, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəsmi andiçmə mərasiminə dəvət əsasında həyata keçirilib.

Qafqaz müsəlmanlarının dini lideri kimi inauqurasiya mərasimində çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və Prezident İlham Əliyevin təbriklərini, xoş arzularını çeçen xalqına və onun böyük səs çoxluğu ilə seçilmiş başçısına çatdırıb.

Ramzan Kadırovun Çeçenistan başçısı kimi fəaliyyət göstərdiyi illərdə respublikanın həm sosial-iqtisadi, həm də mənəvi sahələrdə dirçəliş yaşadığını, Şimali Qafqazın dini-mənəvi mərkəzi kimi formalaşdığını deyən Allahşükür Paşazadə Ramzan Kadırovun budəfəki seçkilərdə də inamlı qələbəsini məhz xalqın və Federal Hökumətin inamını doğrultmuş məsuliyyətli rəhbərin fəaliyyətinə verilən yüksək qiymət, layiqli qələbə kimi səciyyələndirib.

Yenidən Çeçenistanın rəhbəri seçilmiş R.Kadırovu Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edən şeyxülislam Allahşükür Paşazadə onu özünün qardaşı hesab etdiyi sabiq prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu