“Azdrama”da aktyorlar arasında dava


Akademik Milli Dram Teatrının aktyoru, Elçinin “Qatil” əsərinin əsas qəhrəmanını canlandıran Hikmət Rəhimov işdən uzaqlaşdırılıb.

Bu barədə teatrdan məlumat verilib.

Məlumata görə, teatrda aktyora qarşı provakasiya olub, aktyor da bunun qurbanı olub. İddia olunur ki, bir həftə bundan öncə mərhum sənətkar Mehdi Məmmədovun oğlu Vüqar Məmmədovla K.Rəhimov arasında dava olub. Bunu eşidən rəhbərlik H.Rəhimovu işdən qovub.

Teatrın aktyorları isə davanın səbəbkarının Vüqar Məmmədov olduğunu bildirirlər.

Aktyor Hikmət Rəhimov saytımıza məlumatı təsdiqləyib: “Bu barədə danışmaq istəmirəm. Çıxarıblar çıxarıblar, Allah köməkləri olsun”.(aznews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu