Nazirlik xəbərdarlıq etdi- hava dəyişir


Sabah - oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, oktyabrın 12-də mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 15-17, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu