Bakıdakı taksi sürücülərinə xəbərdarlıq edildi


Bakı Nəqliyyat Agentliyi (BNA) taksi sürücülərinə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirən şəxslər barədə BNA, Daxili İşlər və Vergilər Nazirlikləri tərəfindən qanuni tədbirlər görüləcək.

"Fiziki və hüquqi şəxslər "Fərqlənmə nişanı" almaq üçün vergini istənilən bankda ödəyə bilər. Nişan BNA-nın tabeliyindəki "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim edilir", - deyə məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu