Hava yağmurlu olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:Bakıda və Abşeron yarımadasında Oktyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Oktyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu