Nəyə görə “İskəndər” raketləri belə adlandırılıb?


“İskəndər” operativ-taktiki raket sistemləri Rusiyadakı Kolomna maşınqayırma konstruktor bürosunda hazırlanıb və ilk dəfə ictimaiyyətə 1999-cu ildə təqdim edilib. Bu unikal raket sistemlərinin əsas vəzifəsi düşmənin hava hücumundan və raket hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi və həmin sistemlərin qoruduğu obyektlərin məhvidir.

Bu raket sistemlərinin adı tarixdə iz qoymuş məşhur sərkərdə Makedoniyalı İskəndərin adından götürülüb. Makedoniyalı İskəndər iki buynuzu olan dəbilqə taxdığından, tarixdə onun adı həm də İki buynuzlu İskəndər kimi qalıb. “İskəndər” raket kompleksinin də tərkibində iki raket olduğu üçün onu məhz bu cür adlandırıblar.

Qeyd edək ki, “İskəndər” raket komplekslərinin hazırlandığı Kolomna maşınqayırma konstruktor bürosu eyni zamanda “Volqa”, “Skad” və “Toçka” komplekslərinin müəllifidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu