Məmmədyarov Maldivdən olan həmkarı ilə görüşdü


İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar. İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə də söhbət açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu