Regionlarda aparılan ginekoloji əməliyyatların statistikası açıqlandı


Regionlarda aparılan ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb.

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.

Baş həkim bildirib ki, regionlardakı xəstəxanalarda əməliyyatlar üçün hər bir şərait yaradılıb. “Ötən il 2, bu ilin 9 ayında isə 6 ginekoloji əməliyyat aparılıb. əməliyyatlar əsasən qeysəriyyə, uşaqlıq amputasiyası, qanaxmalarla bağlı olub”,- deyə M.Cəlalov əlavə edib.

Bu il regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayında 39 faiz azalma müşahidə edilib. “Aprelin 1-dən sentyabrın sonuna qədər konsultativ xidmətin mütəxəssisləri 46 pasiyentə xidmət göstərib. Ötən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb”.(Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu