“Turizmdə 5 ulduz” layihəsi reallaşdırılıb


15-19 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi və Azərbaycan Turizm İnstitutu məzunları İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə 5 ulduz” layihəsi həyat keçirilib.

Layihənin məqsədi turizm sahəsi üzrə təhsil alan, işləyən gənclərin turizm biliklərinin artırılması və onların fəaliyyətinin peşəkarlaşdırılmasıdır. Layihə çərçivəsində iştirakçılara turizm xidmət sahəsinin bələdçilik, Otel, Restoran, davranış və jestlər, obyektin təqdimatı istiqaməti üzrə təlim paketi keçirililib.

Təlim paketinə daxil olan turizm xidmət sahəsinin istiqaməti üzrə təlimləri Azərbaycan Turizm və Menecment Universitetinin Təlimlər mərkəzinin təlimçiləri və Universitetin məzunları tərəfindən həyata keçirilib. Layihə rəhbəri - Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi Aygün Fetullayevadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu