Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas etdi


Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.

Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə “Yıldırım” gəmisini göndərib. Gəmidəki “AB-212” xilasetmə əməliyyatı üçün havaya qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, gəmi heyətinin 8 üzvü xilas edilib. Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu