Oktyabrda normadan 10 dəfə çox yağış yağıb


“Respublika ərazisinə oktyabrda düşən atmosfer yağıntıları normadan 10 dəfə artıq olub. Nəticədə ölkədə mövcud və yeni yaranan sürüşmə sahələrində aktivləşməyə səbəb olub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, yağıntı Şamaxı-İsmayıllı zonasında, cənub bölgəsində-Lənkəran, Lerik, Cəlilabad zonasında sürüşmə sahələrinin yenidən aktivləşməsinə səbəb olub.

“Eyni zamanda İsmayıllı rayonun iki kəndində-Sədiyan və İstisu kənlərində torpaq sürüşməsi olub. Sədiyan kəndində 5 fərdi yaşayış evi sürüşmə sahəsinin təsir radiosundadır. Bir ev potensial sürüşmə sahəsində yerləşdiyindən ailə üzvləri oradan çıxarılıb. Digər 4 fərdi yaşayış evinin sürüşmə stabilləşinə qədər təhlükəsiz əraziyə köçrülməsi müvafiq hesab edilib. İstisu ərazində 3 ev sürüşmə sahəsinin təsir radiosundadır. Hal-hazırda həmin fərdi yaşayış evlərinə sürüşmə təsir etməyib. Sürüşmə evlərdən 30-35 metr aralıdadır. Digər sürüşmə sahələri əsasən yollar, yol kənarları ilə bağlıdır. Əsasən dağ kəndlərinə gedən yollarda bu müşahidə edilir”.

S.Əmiraslanov bildirib ki, oktyabr ayında respublika ərazisində 70 sürüşmə sahəsində monitoriqn işləri aparılıb, nəticədə atmosfer yağıntıları bəzi sahələrdə ciddi aktivləşməyə səbəb olub.

“Təzəlikcə Cəlilabad-Soltankənd avtobmabil yolunun Soltankənd ərazisində yolda sürüşmə-oturma prosesi ilə nəticələnən hadisə olub. Qobustan rayonun Poladlı kənd ərasisində aktivləşmə kəndin giriş yolunun bağlanması ilə nəticələnib. Digər ərazilərdə nisbi aktivləşmə baş verib. Bunlar axma kimi xarakterizə edilə bilər. Məsələn, Lənkəran-Lerik avtomabil yolunun 17-ci km-də, 30 və 45-ci km-də axma prosesi ilə nəticələnən aktivləşmə müşahidə olunub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu