Bakıda məktəbəhazırlıq qruplarından biri bağlandı


Bakıda ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarından biri bağalanıb.

Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-a bildirilib ki, Bakının Binəqədi rayonundakı 248 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə dövlət hesabına 2 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Sonradan həmin məktəbdə rus bölməsi üzrə 1 məktəbəhazırlıq qrupunun yaradılmasına təşəbbüs göstərilib. İdarə tərəfindən 248 nömrəli məktəbdə rus bölməsi üzrə məktəbəhazırlıq qrupunun yaradılması nəzərdə tutulmadığı üçün həmin təşəbbüsün ləğv olunması tövsiyə edilib.

248 nömrəli məktəbə rus bölməsi üzrə məktəbhazırlıq qruplarına cəlb olunmaq üçün müraciət edən 30 uşağın məlumatları BŞTİ-yə göndərilib. Hazırda həmin uşaqların məktəbəhazırlıq qruplarına cəlbinə İdarə tərəfindən kömək edilməsi imkanları müzakirə olunur.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə 20 min 400-ə yaxın uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb edilib. Dövlət hesabına yaradılmış məktəbəhazırlıq qrupları fəaliyyətə başladıqdan sonra heç bir qrup ləğv edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu