Gəncə-Şəmkir yolunda ağır yol qəzası baş verib: 3 nəfər ölüb


Gəncə Şəmkir yolunda “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat qəzası baş verib.

"ARB Kəpəz" xəbər verir ki, nəticədə, VAZ 2106-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib. "Mercedes"də olanlar isə 29 yaşlı Rəşad Namazov, onun həmyaşıdı Nicat Zeynalov, 31 yaşlı Vüsal Əhmədov, 27 yaşlı Pərviz Mahmudov və 24 yaşlı Ricat Qafarov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Vüsal Əhmədov xəstəxanada keçinib.

Digər yaralıların vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu