Aparat rəhbərinin xanımı da öldü, qızının vəziyyəti stabildir


Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan Müşviq Qurbanovdan sonra həyat yoldaşı Şəbruz Novruzova da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə AzVision.az-a mərhumun yaxınları məlumat verib.

Respublika Yanıq Mərkəzinin Baş həkimi Şöhrət Məmmədov saytımıza bildirib ki, ailənin sağ qalan yeganə övladı Leyla Qurbanlının müalicəsi hazıda davam etdirilir. Baş həkim qeyd edib ki, reanimasiyada müalicisi davam etdirilən L.Qurbanlının vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Müşviq Qurbanova məxsus evdə partlayış baş verib. İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.

Hadisə nəticəsində M.Qurbanov, həyat yoldaşı Ş.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri almışdı. Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.

Yanıq xəsarətləri alan M.Qurbanov “Azəravtoyol” ASC-nin Aparat rəhbəri, həyat yoldaşı Ş.Qurbanlı isə cərrah idi. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu