Azərbaycanda bank satışa çıxarıldı


Türkiyənin "Ziraat Bankası" Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

Bu barədə "Ziraat Bankası"nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında danışıb. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın: "Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır", - deyib.

Qeyd edək ki, "Ziraat Bankası"nın Azərbaycanda "Azər-Türk Bank"da səhmləri mövcuddur.

Ölkədəki "Ziraat Bank Azərbaycan" isə tam olaraq Türkiyənin "Ziraat Bankası"na məxsusdur.(qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu