Çingiz Abdullayevə daha bir vəzifə verildi


Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin yeni tərkibdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

İclasda İdarə Heyətinin üzvləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib.

DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyəti, eyni zamanda görülən işlər barəsində geniş məlumat verib. R.Məmmədov bildirib ki, iclası keçirməkdə əsas məqsəd təşkilata yeni prezident və I vitse-prezident seçməkdir.

İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezident seçilib.

Çingiz Abdullayev çıxış edərək Azərbaycanın mədəniyyət tarixindən, diaspor hərəkatından söz açıb. Tanınmış yazıçı onu da bildirib ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi öz fəaliyyətini genişləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu