Azərbaycanda yeni baş həkim təyinatı


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyin olunub.

Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. O qeyd edib ki, klinikanın yeni baş həkimi Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının professoru Rauf Maqsudoğludur.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev yeni baş həkimi kollektivə təqdim edib.

Qeyd edək ki, klinikanın keçmiş baş həkimi Asiman Həsənov öz ərizəsilə tutduğu vəzifədən azad olunub.(AzVision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu