ABŞ Azərbaycan Gəmiçiliyində yoxlama aparır


Nüfuzlu təsnifat və sertifikatlaşdırma qürumu olan “Amerika Gəmiçilik Bürosu” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq auditə start verib.

QSC-dən Trend-ə verilən məlumata görə, audit 2015-ci ilin IV rübündən tətbiq edilən “Təhlükəsizliyin Keyfiyyətli İdarə edilməsi Sistemi” (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti), İSO 14001:2015 (Ekoloji Menecment), İSO 50001:2011 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatının struktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə ”Yarenqa” yedək-təchizat və “Şirvan” kran gəmilərində də keçiriləcək.

Audit zamanı sahil və üzən obyektlərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarına uyğunluq səviyyələri müəyyənləşdiriləcək və aidiyyati xidmətlərlə araşdırılaraq təhlil ediləcək.

Qeyd edək ki, audit noyabrın 7-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu