Emin Ağalarov da Trampı təbrik etdi: “Təbriklər, cənab Prezident!”


Məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov özünün İnstagram səhifəsində ABŞ prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib.

“The sky is the limit! Congratulations Mr. President!” (Səma sondur! Təbriklər, cənab Prezident!”)-Emin yazıb.

Xatırladaq ki, Emin Ağalarov və atası Araz Ağalarovun Donald Trampla şəxsi münasibətləri yaranıb. 2013-cü ildə Ağalarovların təklifi ilə Donald Tramp o vaxt sahibi olduğu “Dünya Gözəli” müsabiqəsini Moskvada, “Crocus Expo”da keçirib. Bu müsabiqədən Tramp yaxşı gəlir götürüb. Daha sonra Emin və Araz Ağalarovlar Trampın Nyu-Yorkdakı evində onun qonağı olublar. Tərəflər Moskvada “Trump Towers” göydələninin tikintisi barədə razılığa gəliblər, ancaq daha sonra bu layihədən soraq çıxmadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu