Millət vəkili Qənirə Paşayeva Aksaray valisi və bölgənin nüfuzlu təşkilatları ilə görüşüb


Millət vəkili Qənirə Paşayeva Aksaray valisi və bölgənin nüfuzlu təşkilatları ilə görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib.

Aksaray Ticarət Odası Kadın Kollarının dəvəti ilə Türkiyənin Aksaray bölgəsində konfrans verən millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray valisi Aykut Pekmez ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Aykut Pekmez azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyəolaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Aksaray arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə “QənirəPaşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Aksarayın da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray valisini ölkəmizə dəvət ediblər. Onlar görüş zamanı Aksarayda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş ediblər. Vali Aykut Pekmez millət vəkili Q.Paşayevanın və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın Aksarayda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva Aksarayda yeni konfrans təklifini qəbul etdiklərini və yaxın zamanlarda təkrar gələcəklərini söyləyib. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksarayda Ticaret ve Sanayi Odası və Aksaray Ticaret Borsasını da ziyarət ediblər. Aksaray Ticaret ve Sanayi Odası Yönetim Kurulu Başkanı Ahmet Koçaş ve Aksaray Ticaret Borsası Yönetim Kurulu Başkanı Hamit Özkök və hər iki qurumun üzvləri ilə görüş zamanı Azərbaycanla bağlı, ölkəmizin iqtisadi potensialı, sərmayə mühiti barədə geniş məlumatlat verilib və Aksaraylı iş adamları ölkəmizə dəvət olunub. Azərbaycanı çox sevdiklərini söyləyən Aksaray Ticaret ve Sanayi Odası Yönetim Kurulu Başkanı Ahmet Koçaş ve Aksaray Ticaret Borsası Yönetim Kurulu Başkanı Hamit Özkök ölkəmizi mütləq ziyarət edəcələrini, Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlı olduqlarının söyləyiblər. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksarayda Ticaret ve Sanayi Odası Qadın Qolları başqanı Aysun Akkurtla da görüşüblə və görüş zamanı fəal qadınlarımız arasında, qadın təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi geniş müzakirə olunub. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Ticaret ve Sanayi Odası Yönetim Kurulu Başkanı Ahmet Koçaş ve Aksaray Ticaret Borsası Yönetim Kurulu Başkanı Hamit Özkökə, və Sanayi Odası Qadın Qolları başqanı Aysun Akkurta Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, sənədli filmlər hədiyyə ediblər.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu