Sabah hava yağmurlu olacaq


AFN.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında Noyabrın 22-də arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2, gündüz 2-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunundan 784 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Noyabrın 22-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, havanın gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu