Sabahdan hava dəyişəcək: yağış, qar yağacaq


Dekabrın 5-nə ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

AFN Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda havanın dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-9° isti olacağı gözlənilir.

Dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 05-də axşam, 06-da arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 5-8° aşağı enəcək, maksimal temperatur gündüz saatlarında 3-5° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə dumann olacaq. Lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Dekabrın 5-i günün ikinci yarısında, 06-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu