Abutalıbov Abel Məhərrəmova tikinti üçün icazə verdi


Bakı şəhər İcra Hakimiyyəti Bakı Dövlət Universitetinə (BDU) mətbuat prospektində yerləşən yataqxananın yerində müasir “Tələbə şəhərciyi”nin tikilməsi üçün icazə verib.

Bu barədə AzVision.az-a BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

“Heç bir narahatçılığa əsas yoxdur. Yeni yataqxananın tikilməsi planda var. Bakı şəhər İcra Hakimiyyətindən yataqxana binasının tikilməsi üçün razılıq verilib”,-deyə A.Məhərrəmov vurğulayıb.

Qeyd edək ki, bundan öncə BDU ilə Bakı Meriyası arasında sənəd qalmaqalı yaranmışdı. Universitetdən bildirilmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti onlara inşaat pasportu vermədiyindən tikinti aparmaq mümkün deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu