"Azəravtoyol"dan açıqlama: Yollarda problem yoxdur


Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir.

AFN xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, "20 Yanvar" dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur: "Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsinin yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur.
Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışıq səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir. Bir daha deyirəm aidiyyəti qurumlar qışa hazır olurlar, sürücülərimiz də hazır olsalar yaxşı olar, yollarda vəziyyət normal olar..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu