Zabrat yolunda daha bir ölüm: “Hyundai” piyadanın boynunu üzdü


Bakıda avtomobillə vurulan piyadanın boynu üzülüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şossesində qeydə alınıb. Xəbərə görə İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkət edən zaman piyada 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındırıraq salona girib. Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadan xəstəxanaya çatdırıb. Lakin İ.Səmədovun öldüyü müəyyən olunub.

Virtualaz.org qeyd edir ki, Zabrat yolu Bakının ən çox qəzaların baş verdiyi və piyadaların ən çox vurulduğu yollarından biridir. Bu yolda maksimal hərəkət sürəti saatda 60 kilometr müəyyən edilsə də yüksək sürətlə hərəkət, ötmə, manevr qaydalarının pozulması, digər kobud qayda pozuntuları insanların həyatını təhlükəyə atır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu