Ağalarovlar teatr biznesinə girişir


Azərbaycanlı iş adaşı Araz Ağalarova məxsus “Crocus Group” Moskvada Myakinino metrostansiyası yaxınlığında teatr tikintisinə dair layihəni nəzərdən keçirir.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu “Crocus Group” vitse-prezidenti Emin Ağalarov okeanariumun təqdimatı zamanı bildirib.

“Ola bilsin ki, biz Crocus City ərazisində teatr binası tikəcəyik. Hələlik yalnız düşünürük”, - deyə Ağalarov vurğulayıb.

Qeyd edək ki, Ağalarovların şirkətlərinin balansında “Crocus City Hall” və “Vegas City Hall” konsert halları var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu