Azərbaycan yaxın vaxtlarda kamikadze tipli PUA-ların seriyalı istehsalına başlayacaq


"Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və sentyabrın 21-də Ali Baş Komandanın iştirakı ilə təqdimatı keçirilib".

APA-nın məlumatına görə, bunu Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Y. Camalov bildirib ki, bu məmulat “ADEX-2016” sərgisində də nümayiş etdirilib və böyük maraqla qarşılanıb: "Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu