Azərbaycanda müdafiə sənayesində əcnəbi şirkətlərlə birgə müəssisələr yaradıla bilər


Azərbaycanda müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması nəzərdə tutulur.

Bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələn növbəti addımlar planlaşdırılacaq.(apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu