“QAZ-24”-ü “KamAz”-a çırpan sürücünün qızı öldü


Bakıda minik avtomobili yük maşını ilə toqquşub.

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAZ" markalı avtomobilə vurub. Nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DYP-nin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu