"Böyük problemlər var"- Nəqliyyat Agentliyi


Bakı şəhərində avtobusların sıxlığının aradan qaldırılması üçün nəqliyyatın mübadilə mərkəzləri yaradılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, hazırda "Koroğlu" metro stansiyasında bu cür mərkəz fəaliyyət göstərir. Qarşıdakı müddətdə başqa ərazilərdə də sıxlıqlar araşdırılıb bu cür mübadilə mərkəzləri yaradılacaq.

V.Kərimli Bakı Nəqliyyat Agentliyinin son dövrlər gördüyü işlərlə bağlı hesabat verib, avtobusların təhlükəsizliyini, təkrar xətlərin mövcud olmasını hər zaman diqqətdə saxlayıb bu istiqamətdə işlər gördüyünü diqqətə çatdırıb.

V.Kərimlinin sözlərinə görə, ictimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcək, vahid sürücü məlumat bazası yaradılacaq. Belə ki, sürücülərlə bağlı böyük problemlər var: “Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı, müvafiq işlər görüləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu