Bakıda dollar satan şəxs cərimələnib


Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər cərimələnib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün (1 dolları 1,85 manata) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Qanunsuz valyuta alqı-satqısına qarşı tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu