Bakıda “Metropark” ticarət mərkəzi yaxınlığında partlayış-yanğın


Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib. Məlumata görə, partlayışdan sonra güclü yanğın başlayıb. Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Partlayış zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu