Kardaşyana görə 15 nəfər həbs edildi


Fransa polisi erməni əsilli amerikalı ulduz Kim Kardaşyanın qarət edilməsi ilə əlaqədar 15 nəfəri saxlayıb.

AzVision.az “Europe 1”-ə istinadən xəbər verir ki, şübhəlilərin saxlanılması üzrə əməliyyat yerli vaxtla 06:00 (Bakı vaxtı ilə 09:00) başlayıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 5-də silahlılar Kim Kardaşyanı girov götürərək qarət ediblər. Hadisə gecə saatlarında Kardaşyanın qaldığı oteldə baş verib. Qadının 5-6 milyon avro dəyərində zinət əşyalarının qoyulduğu qutu və qiyməti 4 milyon avro olan üzüyü oğurlanıb. Qarətçilər, həmçinin onun iki mobil telefonunu aparıblar.

Basqında polis forması geyinmiş beş maskalı şəxsin iştirak etdiyi deyilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu