Metroda gediş haqqı qalxacaq?- AÇIQLAMA


Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70 faizə yaxın artım deməkdir.

“Qafqazinfo” bununla bağlı Tarif Şurasına müraciət edib. Şuradan bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev də “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu